Lənkəranın 7 kəndində işıq kəsiləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Lənkəranın 7 kəndində işıq kəsiləcək

1news Redaksiyası10:04 - Bu gün
Lənkəranın 7 kəndində işıq kəsiləcək

Bu gün Lənkəran rayonunun 7 kəndində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

1news.az report-a istinadən xəbər verir ki, cari iş planına uyğun olaraq noyabrın 25-də saat 10:00-dan 12:00-dək "Hirkan" hava xəttində təmir işləri aparılacaq.

Bununla əlaqədar rayonun Hirkan, Mamusta, Siyavar, Vel, Parakənd, Xanbulan və Daşdalıqcar kəndləri üzrə ümumilikdə 6500 abonentin elektrik enerjisi ilə təchizatında fasilə yaranacaq.

Elektrik enerjisinin verilişi işlər yekunlaşdıqdan sonra bərpa olunacaq.

Paylaş:
37

Son xəbərlər

Bütün xəbərlər