Azərbaycan Prezidenti: “Biz sülh danışıqlarına başlamağa və sülh müqaviləsi imzalamağa hazırıq” | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Prezidenti: “Biz sülh danışıqlarına başlamağa və sülh müqaviləsi imzalamağa hazırıq”

11:57 - 04 / 11 / 2021
Azərbaycan Prezidenti: “Biz sülh danışıqlarına başlamağa və sülh müqaviləsi imzalamağa hazırıq”

“İndi postmünaqişə dövründəyik. Biz Ermənistana bir sıra təklifləri irəli sürmüşük ki, gəlin, sülh müqaviləsi üzərində işləməyə başlayaq”.

1news.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında deyib.

Dövlət başçısı bildirib ki, çünki biz müharibə üzərində danışmaq yox, sülh haqqında, gələcək haqqında danışmaq fikrindəyik: “Əfsuslar olsun ki, bu təklif hələ ki, cavabını almayıb. Eyni zamanda biz təklif etdik ki, sərhədimizin demarkasiya və delimitasiyasına başlayaq, hər iki ölkənin ərazi bütövlüyü təmin edilsin. Bu da yenə də beynəlxalq hüquq normalarına, normal davranışa uyğundur. Əfsuslar olsun ki, bu məsələ də hələ ki, cavabını tapmayıb. Azərbaycan maksimal konstruktivlik göstərib. Baxmayaraq ki, 30 ilə yaxın işğal, barbar hərəkətlər və dağıntılar olub. Biz gələcəyə nəzər salmalıyıq. Biz öz gələcəyimizi - təhlükəsiz, proqnozlaşdırılan və genişmiqyaslı əməkdaşlığa hazır olan gələcəyi təmin etməliyik. Ola bilsin ki, bizim təkliflər haqqında siz də eşitmisiniz. Mənə elə gəlir hər bir şey Ermənistanın mövqeyindən asılı olacaq. Çünki bizim mövqeyimiz tamamilə aydındır.

Mən bir daha qeyd edirəm ki, biz sülh danışıqlarına başlamağa hazırıq və sülh müqaviləsini imzalamağa hazırıq. Biz səhifəni çevirmək istəyirik və sərhədləri müəyyən etmək fikrindəyik. Görürsünüz ki, Ermənistandan cavab gəlmir. Demək olar ki, 1 ildir ki, onlar yenə də sükut saxlayırlar. Mənə elə gəlir ki, onlar Azərbaycanın konstruktiv mövqeyinə müqavimət göstərə bilməyəcəklər. Əgər danışıqlar aparılan illəri ərzində onlar bizə qulaq assaydı, özlərini normal aparsaydılar, bugünkü gün həmin bu vəziyyət yaranmazdı”.

1news.az

Paylaş:
270

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər