Yaponiya saytı Qlobal Bakı Forumunun əhəmiyyətindən yazıb | 1news.az | Xəbərlər
Siyasət

Yaponiya saytı Qlobal Bakı Forumunun əhəmiyyətindən yazıb

16:13 - 05 / 11 / 2021
Yaponiya saytı Qlobal Bakı Forumunun əhəmiyyətindən yazıb

Yaponiyanın “ajmedia.jp” saytı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə noyabrın 4-də “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən növbəti Qlobal Bakı Forumu barədə geniş məlumat yayıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, “Bakı növbəti dəfə siyasi mərkəz rolunda - Dünya liderləri Bakı Qlobal Forumuna müraciət edir” adlı məqalədə Qlobal Bakı Forumunun tarixi, üzvləri və burada müzakirə edilən məsələlərin qlobal əhəmiyyəti barədə ətraflı məlumat verilir. Qeyd edilir ki, bu forum qeyri-hökumət təşkilatı olaraq ətrafında müxtəlif xarici ölkələrin keçmiş dövlət və hökumət başçılarını, nüfuzlu beynəlxalq ekspertləri birləşdirir. Mərkəz 2013-cü ildən etibarən Bakı şəhərində keçirilən Qlobal Bakı Forumunun əsas təşkilatçısı kimi çıxış edir. 2013-cü ildən bu günədək sayca 7 Qlobal Bakı Forumu və 42 Yüksək Səviyyəli Toplantı keçirilib.

Məqalədə VIII Qlobal Bakı Forumunun açılış mərasimində Prezident İlham Əliyevin çıxışına da geniş yer verilib. Dövlətimizin başçısının öz çıxışında Azərbaycanın COVID-19 pandemiyası ilə mübarizədə dünyaya təqdim etdiyi pozitiv nümunə modeli, Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması, Azərbaycanın BMT qətnamələrini özünün icra etməsi və digər önəmli məsələlərə toxunduğu qeyd edilib.

Foruma dünya liderlərinin böyük diqqət və maraq göstərməsi də yazıda əksini tapıb. Vurğulanıb ki, foruma dünya ölkələri və beynəlxalq təşkilatlar səviyyəsində olan geniş maraq Azərbaycanın dünyada artan nüfuzunun, Prezident İlham Əliyevin yaratdığı yeni reallıqların və siyasi gücünün göstəricisidir.

Məqalədə foruma 40 ölkədən təxminən 300 iştirakçının qatıldığı və onun öz işini noyabrın 6-dək davam etdirəcəyi barədə məlumat da əksini tapıb.

1news.az

Paylaş:
291

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər