Ərəb ölkələrinin mətbuatı Prezident İlham Əliyevin Qlobal Bakı Forumunda çıxışının əsas məqamlarını yayıb - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Ərəb ölkələrinin mətbuatı Prezident İlham Əliyevin Qlobal Bakı Forumunda çıxışının əsas məqamlarını yayıb - FOTO

16:18 - 05 / 11 / 2021
Ərəb ölkələrinin mətbuatı Prezident İlham Əliyevin Qlobal Bakı Forumunda çıxışının əsas məqamlarını yayıb - FOTO

Ərəb ölkələrinin bir sıra mətbuat orqanlarında Azərbaycan Prezidenti İlham Əliyevin VIII Qlobal Bakı Forumunun rəsmi açılış mərasimində çıxışı ilə bağlı xəbərlər yayımlanıb.

1news.az xəbər verir ki, Əlcəzairin “Əl Hərir” portalında AZƏRTAC-a istinadla yayımlanan xəbərdə qeyd olunub ki, Azərbaycan Prezidenti Ermənistana sülh müqaviləsi üzrə danışıqlara başlamağı təklif etdiyini, lakin qarşı tərəfdən cavab alınmadığını qeyd edib. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan müharibə deyil, sülh və gələcək haqqında danışmaq istəyir. Dövlətimizin başçısı, eyni zamanda, hər iki ölkənin ərazi bütövlüyünü tanımaqla, dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzərində işə başlamağı təklif etdiyini və bu təklifə də hələ baxılmadığını diqqətə çatdırıb.

Prezident İlham Əliyevin çıxışı haqqında Suriyanın SANA, agentliyi, “Əl Bəətmedia” saytı, Tunisin TAP agentliyi də xəbərlər yayıblar.

Səudiyyə Ərəbistanının SPA agentliyi isə Azərbaycan Prezidenti İlham Əliyevin forumda iştirak edən Səudiyyə Ərəbistanının Kral Faysal Araşdırma və İslami Tədqiqatlar Mərkəzinin İdarə Şurasının sədri Turki Al Faysalı qəbul etməsi haqqında xəbər yayıb.

1news.az

Paylaş:
270

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər