“Azərbaycan BMT qətnamələrinin müddəalarını hərbi gücü ilə yerinə yetirdi” - Deputat Şanlı Zəfərimizdən danışdı | 1news.az | Xəbərlər
Siyasət

“Azərbaycan BMT qətnamələrinin müddəalarını hərbi gücü ilə yerinə yetirdi” - Deputat Şanlı Zəfərimizdən danışdı

11:50 - 08 / 11 / 2021
“Azərbaycan BMT qətnamələrinin müddəalarını hərbi gücü ilə yerinə yetirdi” - Deputat Şanlı Zəfərimizdən danışdı

Ötən ilin bu günü-noyabrın 8-də Qarabağın incisi Şuşa 28 illik əsarətdən qurtarıldı.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü uğurlu siyasət və Azərbaycan Ordusunun şücaəti nəticəsində biz Vətən müharibəsində böyük Zəfər qazandıq. O Zəfər ki, 30 ilə yaxın idi yolunu gözləyirdik. Həmin gün Azərbaycanın küçə və prospektlərində sanki ətdən çəpər yaranmışdı. Bəli, ətdən çəpər, həmrəylik, birlik, qürur, sevinc, Qələbə və Zəfər çəpəri. Böyükdən kiçiyə hamı bir nəfər kimi sevincdən küçələrə axışmışdı. Xalqımız həsrətində olduğu Zəfərin sevincini yaşayırdı. Hər kəs damarına, qanına kimi bu Qələbənin möhtəşəmliyini hiss edirdi. Bu gün həmin gündür, sevincdən ağladığımız, bağırdığımız, əlimizdə bayraq ölkənin hər bir bucağında Ümumxalq birlik, həmrəylik yaratdığımız gündür. Bu Zəfər tariximizin qəhrəmanlıq səhifəsinə qızıl hərflərlə yazıldı. Azərbaycanın qazandığı möhtəşəm Qələbə 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızın azad olunması ilə reallaşdı.

Zəfərin qazanılmasında Azərbaycan Xalqının birliyindən danışan Milli Məclisin deputatı Vüqar İskəndərov 1news.az-a müsahibəsində qeyd etdi ki, bu Zəfər Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı:

“İlk öncə deyim ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azәrbaycan Ordusunun sentyabrın 27-dә başlatdığı əks-hücum әmәliyyatı nәticәsindә 5 şәhәr, 4 qәsәbә vә 286 kәnd işğaldan azad edildi. İşğalçı ölkənin siyasi-hərbi rəhbərliyi Azərbaycan Ordusunun və Ali Baş Komandanın “Dəmir yumruğunun” qarşısında tab gətirə bilməyərək, məğlub olduğunu etiraf etdi. Halbuki 44 günlük müharibə dönəmində havadarlarına görə özünü regionda “güclü orduya” malik dövlət hesab edən Ermənistanın öz ordusu haqqındakı bu mifi də elə Azərbaycan oğulları darmadağın etdi. Bu gün bu Zəfəri, bütövləşən Azərbaycanı bizə bəxş edənlərin günüdür. Bu gün milli kimliyimizin özümüzə qaytarıldığı gündür. Xüsusilə xatırlatmaq yerinə düşər ki, Azərbaycan dəfələrlə Ermənistanı BMT Təhlükəsizlik Şurasının işğala son qoyulması və qoşunların zəbt edilmiş ərazilərdən dərhal çıxarılmasına dair qətnamələrinə əməl etməyə çağırıb. Amma hamıya bəllidir ki, işğalçı ölkə bu qanuni tələblərə məhəl qoymayıb. Nəticədə Azərbaycan öz hərbi gücü ilə həmin qətnamələrin müddəalarını yerinə yetirib və ərazi bütövlüyünü bərpa edib. Bu gün Zəfər gününü qeyd edirik. Ali Baş Komandanın “Dəmir yumruğu”, Şəhidlərimizin qanı və Qazilərimzin canı bahasına əldə etdiyimiz Zəfər günümüz mübarək!”

Paylaş:
423

Son xəbərlər

Bütün xəbərlər