Ceyhun Bayramov Lavrovla telefonla danışıb | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov Lavrovla telefonla danışıb

10:18 - 09 / 11 / 2021
Ceyhun Bayramov Lavrovla telefonla danışıb

Noyabrın 8-də xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, nazirlər 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın bir ilinin tamam olması astanasında birgə bəyanatın icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Tərəflər, həmçinin, ikitərəfli əməkdaşlıq gündəliyi ilə bağlı fikir mübadiləsi aparıblar.

1news.az

Paylaş:
373

Son xəbərlər

Bütün xəbərlər