Azərbaycanda iqtisadi fəal əhalinin sayı açıqlanıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda iqtisadi fəal əhalinin sayı açıqlanıb

10:12 - 16 / 11 / 2021
Azərbaycanda iqtisadi fəal əhalinin sayı açıqlanıb

Bu ilin noyabrın 1-nə olan ilkin məlumatlara əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 299,8 min nəfər olub, onlardan 4 984,5 min nəfərini məşğul əhali təşkil edib.

1news.az-ın Dövlət Statistika Komitəsinin hesabatına istinadən verdiyi xəbərə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadi fəal əhalinin sayı 0,9%, məşğul əhalinin sayı isə 1,2% artıb.

Cari il oktyabrın 1-nə olan məlumata görə, ölkədə muzdla çalışan işçilərin sayı 1699,3 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 903,6 min nəfər, qeyri-dövlət sektorunda isə 795,7 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 31,7 min nəfər, qeyri neft-qaz sektorunda isə 1667,6 min nəfər çalışıb.

1news.az

Paylaş:
351

Son xəbərlər

Bütün xəbərlər