Kamaləddin Qafarov: “2022-ci ilin dövlət büdcəsi daha çox sosial yönümlüdür” | 1news.az | Xəbərlər
İqtisadiyyat

Kamaləddin Qafarov: “2022-ci ilin dövlət büdcəsi daha çox sosial yönümlüdür”

13:15 - 18 / 11 / 2021
Kamaləddin Qafarov: “2022-ci ilin dövlət büdcəsi daha çox sosial yönümlüdür”

“2022-ci ilin dövlət büdcəsi Azərbaycanın müstəqillik tarixində ən böyük büdcə olacaq. Yeni büdcənin gəlirlər və xərclər hissəsində ötən illərlə müqayisədə artımlar nəzərdə tutulub. Bütün bunların Azərbaycanda post-müharibə dövründə və pandemiyanın hələ də davam etdiyi şəraitdə baş verdiyini nəzərə alsaq, ölkəmizin nəhəng iqtisadi gücünü daha düzgün qiymətləndirə bilərik.

Məlum olduğu kimi, COVID-19 pandemiyası dünya ölkələrini yeni çağırışlarla üz-üzə qoydu. Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə ilk günlərdən pandemiya ilə mübarizə istiqamətində zəruri addımlar atdı. Koronavirusun iqtisadiyyata təsirinin azaldılması, özəl sektorun dəstəklənməsi, makroiqtisadi və maliyyə dayanıqlığının təmin olunması məqsədilə geniş sosial-iqtisadi paket təqdim edildi. Görülmüş tədbirlərin nəticəsində ötən iki il ərzində Azərbaycan ən yüksək real ÜDM-ə çatan ölkələr sırasında olmuşdur.

Eyni zamanda, bu dövr ərzində ən az inflyasiya artımı edən iqtisadiyyatın Azərbaycan iqtisadiyyatı olduğunu da müşahidə etmək mümkündür. Birmənalı olaraq demək lazımdır ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən olunmuş milli prioritetlər ölkənin dayanaqlı inkişafını təmin edir və gələcəkdə də edəcəkdir.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib: “Azərbaycan iqtisadiyyatı cari ili 5 faiz artımla başa vuracaq. Bu baxımdan proqnozlar nikbindir. Yeni büdcə xərclərinin 46,5 faizi birbaşa sosial istiqamətə yönələcək. Başqa sözlə, 2022-ci ilin büdcəsi daha çox sosialyönümlü olacaq. Bütünlükdə isə 2021 və 2022-ci illərdə bərpa və yenidənqurmaya 4,4 milyard manat vəsaitin ayrılması planlaşdırılıb.

İşğaldan azad olunan ərazilərdə işlər intensiv şəkildə həyata keçirilir və qarşıdakı illərdə də bu proses davam etdiriləcək. Bununla yanaşı, 2022-ci ilin dövlət büdcəsindən təhsil, səhiyyə, müdafiə və sair istiqamətlərə xərclənən vəsaitin həcmində artımlar nəzərdə tutulub. Praktik olaraq bütün sahələr üzrə xərclərdə artım olacaq. Çünki bir tərəfdən qeyri-neft sektorundan daxilolmalar yüksəkdir, digər tərəfdən isə neftin dünya bazarında qiymətində bahalaşma var. Bu, büdcəyə neft sektorundan cəlbedilmələrin, transferlərin reallaşmasına imkan yaradır. Yeni büdcədə neftin qiyməti 50 ABŞ dolları səviyyəsində nəzərdə tutulub ki, bu da konservativ qiymətdir. Bu, dünya bazarında neftin qiymətinin bahalaşması fonunda potensial dalğalanmalardan dövlət büdcəsini sığorta etmək məqsədi daşıyır.”

Kamaləddin Qafarov qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi işi növbəti ildə də Azərbaycan dövləti tərəfindən müəyyən edilmiş əsas prioritet istiqamətlərdən biri olaraq qalacaq: “Bu gün Azərbaycan iqtisadiyyatı tənəzzüldən çıxıb. Hazırda ölkədə ixrac 15 faiz çoxalıb. Qeyri-neft məhsullarının ixracı 27 faizdən çox artıb. Bu, əlbəttə ki, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasətin real nəticəsidir.Cari ilin ilk altı ayının hər birinin iqtisadi göstəricilərinə nəzər salsaq görərik ki, hər ay tənəzzül azalıb və may ayının yekunlarına görə Azərbaycan hətta müəyyən iqtisadi inkişafa da nail ola bilib.

Altı ayın ümumi yekunlarına əsasən, ölkə iqtisadiyyatının həcmi 2 faiz artıb. Bu, əlbəttə ki, çox yaxşı göstəricidir. Xüsusilə də dünyada gedən proseslərin fonunda Azərbaycanın bu uğuru çox yüksək nəticə kimi qiymətləndirilməlidir. Ölkənin iqtisadi qüdrətinin yüksəldilməsi baxımından valyuta ehtiyatlarının artımı çox vacib məsələdir və bu istiqamət daim dövlətin xüsusi nəzarətində saxlanılır.

Sevindirici haldır ki, son altı ayda ölkənin valyuta ehtiyatları 1 milyard dollar həcmində artıb. Çox mühüm bir məqamı nəzərə almaq lazımdır ki, bu artım Qarabağda və Şərqi Zəngəzurda gedən intensiv bərpa işləri fonunda baş verib və Azərbaycan bu işlərin görülməsi üçün heç bir xarici kreditora müraciət etməyib. Bu gün Azərbaycanda inflyasiya səviyyəsi 4,3 faiz ətrafındadır ki, bu da məqbul rəqəmdir.”

Millət vəkilinin fikrincə, bütün bunlar göstərir ki, Azərbaycan möhtəşəm resurs bazasına malikdir və bu resurslardan düşünülmüş və məqsədyönlü şəkildə, israfçılığa, lazım olmayan xərclərə yol verilmədən istifadə olunur. “Mühüm məqamlardan biri də budur ki, işğaldan azad edilmiş ərazilərdə bərpa-yenidənqurma işlərinin aparılması, müasir iqtisadi sahələrin yaradılması, infrastrukturun qurulması, əsas fəaliyyət sahələri kimi kənd təsərrüfatının inkişaf etdirilməsi, müasir turizm seqmentinin formalaşdırılması, regionda yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin bərpası istiqamətində işlər təxirəsalınmaz vəzifələr sırasındadır və bu məsələlərin hər biri gələn ilin dövlət büdcəsində öz əksini tapmışdır”.

1news.az

Paylaş:
597

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər