Azərbaycan neftinin bir bareli 75 dollardan baha satılır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan neftinin bir bareli 75 dollardan baha satılır

12:56 - 30 / 11 / 2021
Azərbaycan neftinin bir bareli 75 dollardan baha satılır

Dünya birjalarında neftin bu günə olan qiyməti açıqlanıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 2,53 dollar azalaraq 70,91 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 2,05 dollar ucuzlaşaraq 67,90 dollar olub.

Azərbaycan neftinə gəlincə, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,69 dollar artaraq 75,60 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti oktyabrın 25-də (88,19) qeydə alınmışdı.

1news.az

Paylaş:
342

Son xəbərlər

Bütün xəbərlər