Azərbaycanda rəqəmsal manatın yaradılması üzrə tədqiqatlar aparılır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda rəqəmsal manatın yaradılması üzrə tədqiqatlar aparılır

13:45 - 08 / 12 / 2021
Azərbaycanda rəqəmsal manatın yaradılması üzrə tədqiqatlar aparılır

Azərbaycan Mərkəzi Bankı (AMB) rəqəmsal manatın yaradılması üzrə tədqiqatlar aparır və hökumətin bu istiqamətdə danışıqları davam edir.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı "Beşinci Beynəlxalq Bankçılıq Forumu"nda deyib.

"Beynəlxalq Hesablaşmalar Bankının məlumatlarına əsasən, dünyada tranzaksiyaların 88 faizi dollarla, 4 faiz yuanla həyata keçirilir. Rəqəmsal məsələdə yuanın bir addım qabaqda olması onu göstərir ki, biz rəqəmsal valyutalar dünyasında böyük dəyişikliklərin şahidi olacağıq. Rəqəmsal valyuta demək olar ki, maliyyə və bank sektorlarını böyük miqyasda dəyişəcək", - deyə o, bildirib.

Onun sözlərinə görə, ölkədə maliyyə sektorunda dəyişikliklər baş verir.

"Onlardan sonuncusu blokçeyn texnologiyaları əsasında kriptovalyutanın tətbiqi olub. Artıq rəqəmsal manatın yaradılması üzrə işlər başlayıb. Azərbaycan hökuməti bu məsələ ilə bağlı danışıqlar aparır", - V.Qasımlı deyib.

1news.az

Paylaş:
378

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər