Azərbaycan Ermənistana qarşı yeni iddialar qaldıracaq - Nazir müavini | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Ermənistana qarşı yeni iddialar qaldıracaq - Nazir müavini

S.Xankişiyeva11:43 - 08 / 12 / 2021
Azərbaycan Ermənistana qarşı yeni iddialar qaldıracaq - Nazir müavini

“Azərbaycanın Ermənistana qarşı hüquqi məsuliyyət tədbirləri yalnız bununla kifayətlənmir”.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı qaldırdığı iddiasının təmin olunmaması ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

“Azərbaycan tərəfi Ermənistana qarşı bir sıra Konvensiyalar üzrə, xüsusilə də ətraf mühitə vurulmuş ziyan və enerji resuslarının qanunsuz istismarı ilə bağlı növbəti il dövlətlərarası şikayətlərin irəli sürülməsini planlaşdırır”, - nazir müavini vurğulayıb.

Paylaş:
441

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər