Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu keçiriləcək
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava dekabrın 13-14-də Azərbaycanda işçi səfərdə olacaq.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazir səfər çərçivəsində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyənin Ticarət naziri Mehmet Muş ilə ikitərəfli görüşlər keçirəcək.
Natia Turnava azərbaycanlı və türkiyəli həmkarları ilə birlikdə üçtərəfli biznes forumun açılışında iştirak edəcək. Tərəflər daha sonra birgə brifinq keçirəcəklər.
Forum çərçivəsində Gürcüstan, Azərbaycan və Türkiyənin ticarət və sənaye palataları arasında memorandum imzalanacağı planlaşdırılıb.
N. Turnava səfər çərçivəsində həmçinin, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ilə görüşəcək.
1news.az