Mərkəzi Bank uçot dərəcəsini yüksəldib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mərkəzi Bank uçot dərəcəsini yüksəldib

16:31 - 17 / 12 / 2021
Mərkəzi Bank uçot dərəcəsini yüksəldib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsini yüksəldilməsi haqda qərar qəbul edib.

1news.az-ın AMB-yə istinadən verdiyi məlumata görə, uçot dərəcəsi 7%-dən 7,25%-ə, faiz dəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi isə 8%-dən 8,25%-ə yüksəldilib. Bu, 2021-ci ildə maliyyə requlyatorunun uçot dərəcəsinin artırılması üzrə üçüncü qərarıdır.

Qeyd edək ki, oktyabr ayında AMB-nin sədri Elman Rüstəmov bildirmişdi ki, artan inflyasiyanı nəzərə alaraq, növbəti faiz qərarında uçot dərəcəsinin qaldırılması istisna deyil. "Fitch Ratings" reytinq agentliyi də uçot dərəcəsinin artırılmasını gözləyirdi.

Ölkədə yanvar-noyabrda ortaillik inflyasiya 6,2%, noyabrda illik inflyasiya isə 11,1%-ə qədər sürətlənib.

Xatırladaq ki, dünyada artan inflyasiya fonunda bir çox mərkəzi banklar faiz dərəcələrini artırlar. Bu yaxınlarda Rusiya Mərkəzi Bankı və İngiltərə Bankı faiz dərəcələrini yüksəltdilər.

1news.az

Paylaş:
478

Son xəbərlər

Bütün xəbərlər