Azərbaycanın strateji valyuta ehtiyatları artıb
2021-ci ilin 11 ayında Azərbaycanın strateji valyuta ehtiyatları 4,4 faiz (2,2 milyard dollar) artaraq 53 milyard dolları üstələyib.
1news.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən məlumat verir.
Mərkəzi Bankın ehtiyatları isə bu müddət ərzində 10,2 faiz artaraq 7 milyard dollardan çox olub.
"Ötən iclasdan bəri Mərkəzi Bankda keçirilən valyuta hərraclarında tələb bir qədər artsa da, ümumilikdə valyuta bazarında tarazlıq qorunub, il ərzində milli valyutanın məzənnəsi sabitlik nümayiş etdirib" - Mərkəzi Bankın məlumatında deyilir.
1news.az
414