Həkim-pediatr: Uşaqlar arasında müxtəlif virus xəstəlikləri artıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Həkim-pediatr: Uşaqlar arasında müxtəlif virus xəstəlikləri artıb

Qafar Ağayev16:29 - 22 / 12 / 2021
Həkim-pediatr: Uşaqlar arasında müxtəlif virus xəstəlikləri artıb

Məktəblər və bağçalarda ünsiyyət mühitinin genişlənməsi ilə əlaqədar olaraq uşaqlar arasında müxtəlif virus xəstəlikləri artıb.

1news.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-pediatr Erkin Rəhimov nazirliyin instaqram hesabındakı canlı yayımda çıxışı zamanı deyib.

Nəzərə almaq lazımdır ki, xəstə uşaq ətrafındakıları da qısa vaxtda yoluxduraraq virusun geniş yayılmasına səbəb olur. Belə infeksiyaların əlamətləri əsasən qızdırma, öskürək, burun axıntısı, halsızlıq və iştahasızlıqdır. Simptomlar eyni olsa da, əslində, uşaqlar fərqli virus infeksiyalara yoluxurlar. Təbii ki, uşaqlar yeni növ koronavirus (COVID-19) infeksiyasına da yoluxa bilərlər, amma indi geniş yayılmış mövsümi xəstəliklərin COVID-19-la əlaqəsi yoxdur.

Həkim-mütəxəssis bildirib ki, COVID-19 pandemiyası dövründə bəzi valideynlər övladlarına müxtəlif xəstəliklər əleyhinə istifadə olunan peyvəndləri vurdurmaqdan ehtiyat edirlər: “Hətta vurdurulması vacib olan peyvəndlər belə gecikdirilir. Ona görə də uşaqları bir sıra xəstəliklərə yoluxma ehtimalı artır. Valideynlərə səslənirəm ki, bütün peyvəndləri vaxtında vurdursunlar. Xüsusilə də qrip virusuna qarşı peyvənd mütləq vurdurulmalıdır. Həmin peyvəndi uşağın 6-cı ayından sonra vurdurmaq tövsiyə olunur. İlk 6 ayda körpələrdə xəstələnmə halı mütəmadi müşahidə olunmur, çünki həmin müddətdə anadan körpəyə cift yolu ilə keçən qoruyuculuq olur. Lakin 6-cı aydan başlayaraq qoruyucu funksiyalar azalır. Uşağın 6 ay-2 yaş dövründə ünsiyyət artır və xəstələnmə nisbətən daha çox baş verir. Həmin yaş dövründə uşağın ay ərzində iki dəfə xəstələnməsi normaldır. Uşaqlarda ən pik xəstələnmə göstəricisi isə onların bağça yaşı dövründə, yəni, 2-5 yaşlarında qeydə alınır. Belə olan halda, xəstələnmə tezliyinin səbəbini araşdırmaq lazımdır. Onu da qeyd edim ki, 6 yaşdan yuxarı uşaqlarda xəstələnmə tezliyi aşağı düşür”.

Paylaş:
404

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər