Aqrar sığortaya cəlb olunacaq bitki və heyvan növləri artırılıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Aqrar sığortaya cəlb olunacaq bitki və heyvan növləri artırılıb

13:21 - 23 / 12 / 2021
Aqrar sığortaya cəlb olunacaq bitki və heyvan növləri artırılıb

Azərbaycanda dövlət dəstəyi ilə həyata keçirilən aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndirilib.

Aqrar Sığorta Fondundan verilən məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabineti “Aqrar sığorta üzrə təminat verilən risklərin tərkibi”ndə, “Aqrar sığorta predmetinin Tərkibi”ndə və 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”nda dəyişiklik edilməsi barədə qərarları qəbul edib. Bu qərarlara əsasən Azərbaycanda aqrar sığorta vasitəsilə sığortalanan bitki və heyvan növlərinin sayı artırılıb.

“Aqrar sığorta predmetinin Tərkibi”ndə dəyişiklik edilməsi barədə qərara əsasən, dövlət dəstəyi ilə sığortalanan bitki növlərinin sayı indiki 14-dən 41-ə qaldırılıb. İndi bu siyahıya günəbaxan, soya, yonca, noxud, yaşıl noxud, alça, albalı, alma, armud, çiyələk, ərik, gavalı, gilas, heyva, xurma, nar, şaftalı, zeytun, badam, qoz, soğan, kələm, qarpız, yemiş (qovun), pomidor, sarımsaq, darı bitkiləri də daxil edilib.

Paralel olaraq, aqrar sığorta vasitəsilə sığortalanan heyvanların siyahısı da genişlənib. Belə ki indiyədək yalnız südlük inək və camışlar sığortalandığı halda, bundan sonra xırdabuynuzlu (qoyun və keçilər) və ətlik istiqamətli iribuynuzlu heyvanların (danalar) da sığortalanması nəzərdə tutulur. Nazirlər Kabinetinin qərarları ilə aqrar sığorta üzrə təminat verdiyi risklərin siyahısı da genişləndirilib.

“Aqrar sığorta üzrə təminat verilən risklərin tərkibi”ndə dəyişiklik edilməsi barədə qərara əsasən bitkilərə münasibətdə sel və ya subasmanın, leysanın, ildırımın, şaxtavurmanın (donvurmanın), normadan artıq yağan qar yağıntılarının və kənd təsərrüfatı heyvanlarına münasibətdə kimyəvi maddələrin təsirindən zəhərlənmə nəticəsində ölüm risklərinin aqrar sığorta üzrə təminat verilən risklərin tərkibinə daxil edilməsi nəzərdə tutulur.

Bu dəyişikliklər nəticəsində aqrar sığortanın əhatə dairəsi genişlənərək ölkə üzrə əkin sahələrinin 99%-ni əhatə edəcək. Aqrar sığortanın təminat verdiyi risklərin siyahısının artırılması ilə bağlı qərar nəticəsində isə fermerlərin təsərrüfatları indiyədək zərər görülən əksər risklərdən etibarlı qorunacaq.

Xatırladaq ki, dövlət dəstəkli aqrar sığorta mexanizmi çərçivəsində sığorta haqqının 50%-i fermerlərə dəstək məqsədilə dövlət tərəfindən ödənilir.

Yeni qərarlar, aqrar sığortanın əhatə dairəsini genişləndirməklə yanaşı, ölkədə daha çox fermer və təsərrüfatın sığorta mexanizminə çıxışını təmin edəcək, gəlirlərini və təsərrüfatını qoruyacaq.

Aqrar sığortanın çoxsaylı meyvə və tərəvəz növlərini, xüsusilə də ölkədən ixrac olunan məhsulları əhatə etməsi Azərbaycandan xaricə məhsul ixrac edən təsərrüfatlara böyük dəstək olacaq, onların biznes fəaliyyətində dayanıqlığı artıracaq. Bununla da aqrar sığorta mexanizmi ərzaq təhlükəsizliyi ilə yanaşı, ölkədən ixraca da dəstək verəcək.

1news.az

Paylaş:
374

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər