Türkiyə ilə Ermənistan arasında ilk görüş Moskvada keçiriləcək - Çavuşoğlu | 1news.az | Xəbərlər
Siyasət

Türkiyə ilə Ermənistan arasında ilk görüş Moskvada keçiriləcək - Çavuşoğlu

13:04 - 27 / 12 / 2021
Türkiyə ilə Ermənistan arasında ilk görüş Moskvada keçiriləcək - Çavuşoğlu

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı ilk iclas Moskvada keçiriləcək.

1news.az-ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada Türkiyənin xarici siyasəti sahəsində 2021-ci ilin yekunları ilə bağlı mətbuat konfransında deyib.

O xatırladıb ki, 3+3 formatında ilk görüş artıq keçirilib. Nazir bildirib ki, İstanbul-Yerevan marşrutu il uçuşlar da tezliklə başlayacaq.

Qeyd edək ki, Türkiyə-Ermənistan danışıqlarında Türkiyəni ABŞ-dakı sabiq səfir Serdar Kılıç, Ermənistanı isə parlamentin spiker müavini Ruben Rubinyan təmsil edəcək.

1news.az

Paylaş:
318

Son xəbərlər

Bütün xəbərlər