BMT-nin Baş katibi dünyanı yeni pandemiyalara hazırlaşmağa çağırıb
“Hazırkı pandemiya bəşəriyyət üçün sonuncu olmayacaq, yenilərinin yaranmasına hazırlaşmaq lazımdır”.
1news.az xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş Beynəlxalq epidemiyaya qarşı hazırlıq Günü münasibətilə tvitter hesabında yazıb.
Baş katib bildirib ki, mövcud səhiyyə sistemindəki böhranı həll edərkən sonrakı birinə hazırlaşmalıyıq: “Beynəlxalq epidemiyaya qarşı hazırlıq günündə gəlin bu məsələyə zəruri olan diqqəti və sərmayəni əsirgəməməyək”.
Qeyd edək ki, epidemiyaların qarşısının alınması, hazırlığın artırılması və onlarla mübarizədə səylərin birləşdirilməsi probleminə diqqəti cəlb etmək məqsədilə ötən il BMT Baş Assambleyası Beynəlxalq epidemiyaya qarşı hazırlıq gününün təsis edilməsi haqqında qətnamə qəbul edib. Bu, dekabrın 27-də qeyd olunur.
1news.az