Əmək pensiyalarının minimum məbləği artırıldı | 1news.az | Xəbərlər
Rəsmi

Əmək pensiyalarının minimum məbləği artırıldı

16:20 - 29 / 12 / 2021
Əmək pensiyalarının minimum məbləği artırıldı

Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Qanunda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-1-ci maddəsinin birinci cümləsində “2019-cu il 1 oktyabr tarixindən 200” sözləri “2022-ci il yanvarın 1-dən 240” sözləri ilə əvəz edilir.

Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

1news.az

Paylaş:
676

Son xəbərlər

Bütün xəbərlər