Yanvarın 1-dən hibrid avtomobillərin idxalı və satışı ƏDV-dən azad edilir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Yanvarın 1-dən hibrid avtomobillərin idxalı və satışı ƏDV-dən azad edilir

17:06 - 29 / 12 / 2021
Yanvarın 1-dən hibrid avtomobillərin idxalı və satışı ƏDV-dən azad edilir

Gələn il yanvarın 1-dən Azərbaycana elektrik mühərriki ilə işləyən avtomobillərin satışı da ƏDV-dən azad edilir.

1news.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün tətbiqi barədə fərman imzaladığı Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, indiyədək elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ƏDV-dən azad idi. Bundan sonra elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı, satışı da ƏDV-dən azad edilir.

Bundan başqa, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı, habelə elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilir.

1news.az

Paylaş:
655

Son xəbərlər

Bütün xəbərlər