Azərbaycan neftinin qiyməti 81 dolları keçdi | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 81 dolları keçdi

12:47 - 30 / 12 / 2021
Azərbaycan neftinin qiyməti 81 dolları keçdi

Dünya birjalarında neftin bu günə olan qiyməti açıqlanıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,01 dollar bahalaşaraq 79,24 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,03 dollar artaraq 76,59 dollar olub.

Azərbaycan neftinə gəlincə, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,82 dollar bahalaşaraq 81,24 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti oktyabrın 25-də (88,19) qeydə alınmışdı.

1news.az

Paylaş:
417

Son xəbərlər

Bütün xəbərlər