Sabah Türk Dövlətləri Təşkilatının Qazaxıstana dair iclası keçiriləcək | 1news.az | Xəbərlər
Siyasət

Sabah Türk Dövlətləri Təşkilatının Qazaxıstana dair iclası keçiriləcək

16:00 - 10 / 01 / 2022
Sabah Türk Dövlətləri Təşkilatının Qazaxıstana dair iclası keçiriləcək

Türk Dövlətləri Təşkilatına (TDT) müddətli sədrlik edən Türkiyənin təklifi ilə TDT Xarici İşlər Nazirləri Şurasının təşkilata üzv və müşahidəçi ölkələrin iştirakı ilə növbədənkənar iclası yanvarın 11-də keçiriləcək.

1news.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Video-konfrans formatında keçiriləcək iclasda Qazaxıstanda baş verən hadisələr müzakirə olunacaq.

1news.az

Paylaş:
430

Son xəbərlər

Bütün xəbərlər