İlham Əliyev Amerika Yəhudi Komitəsinin icraçı direktorunu qəbul edib - FOTO - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 15-də Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, görüşdə Azərbaycanda tarixən tolerant mühitin hökm sürdüyü vurğulandı. Ölkəmizdə bütün xalqların və dinlərin nümayəndələrinin, o cümlədən yəhudi icmasının bir ailə kimi mehribanlıq və əmin-amanlıq şəraitində yaşaması, dövlət qayğısı ilə əhatə olunması, onlar üçün dövlət səviyyəsində hərtərəfli şəraitin yaradılması yüksək qiymətləndirildi, bunun dünyada nümunəvi xarakter daşıdığı qeyd edildi. Devid Harrisin və onun rəhbərlik etdiyi Amerika Yəhudi Komitəsinin ölkəmizlə əməkdaşlığından məmnunluq ifadə olundu.
Söhbət zamanı hazırda regionda yaranan yeni geosiyasi vəziyyət, Azərbaycanın dünyada və regionda artan nüfuzu, həmçinin qarşılıqlı maraq doğuran bir sıra regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Devid Harris səfər çərçivəsində Bakıda keçirdiyi məhsuldar görüşlər, o cümlədən yəhudi icması ilə keçirdiyi görüşlər barədə dövlətimizin başçısına məlumat verdi.
11:59
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 15-də Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.