Abu-Dabidə neftlə dolu üç tanker partladıldı - ölənlər var | 1news.az | Xəbərlər
Dünya

Abu-Dabidə neftlə dolu üç tanker partladıldı - ölənlər var

16:17 - 17 / 01 / 2022
Abu-Dabidə neftlə dolu üç tanker partladıldı - ölənlər var

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu- Dabi şəhərində 3 tankerin partlaması nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb.

1news.az report-a istinadən bildirir ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə neftlə dolu üç tanker partladılıb.

Hadisə Mussah sənaye bölgəsində qeydə alınıb. Partlayış nəticəsində Abu-Dabi Beynəlxalq Hava Limanındakı tikinti sahəsində yanğın başlayıb.

İlkin məlumata görə, partlayışdan əvvəl ərazinin hava məkanında drona bənzəyən kiçik bir təyyarə müşahidə edilib.

Yəməndəki husi qruplaşması hücuma görə məsuliyyəti üzərinə götürüb.

3 tankerin partlaması nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb.

1news.az

Paylaş:
482

Son xəbərlər

Bütün xəbərlər