Sabah Moskvada Rusiya və İran prezidentlərinin görüşü olacaq | 1news.az | Xəbərlər
Siyasət

Sabah Moskvada Rusiya və İran prezidentlərinin görüşü olacaq

14:08 - 18 / 01 / 2022
Sabah Moskvada Rusiya və İran prezidentlərinin görüşü olacaq

Yanvarın 19-da Moskvada Rusiya prezidenti Vladimir Putinlə İran prezident İbrahim Rəisi arasında görüş keçiriləcək.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti bildirib.

Qeyd olunur ki, görüş zamanı ikitərəfli əməkdaşlıq məsələlərinin geniş spektri, o cümlədən ticari-iqtisadi sahədə birgə layihələrin reallaşdırılması, eləcə də aktual beynəlxalq və regional məsələlər müzakirə olnacaq.

Eyni zamanda, liderlərin İranın nüvə sazişini müzakirə edəcəyi nəzərdə tutulur.

İran prezidentinin Moskvaya nazirlərdən ibarət geniş nümayəndə heyəti ilə səfər edəcəyi bildirilir.

1news.az

Paylaş:
301

Son xəbərlər

Bütün xəbərlər