“Rus dili dərsliyində xətaya yol verilib, dəyişilməlidir” - Rəsmi | 1news.az | Xəbərlər
Cəmiyyət

“Rus dili dərsliyində xətaya yol verilib, dəyişilməlidir” - Rəsmi

15:56 - 18 / 01 / 2022
“Rus dili dərsliyində xətaya yol verilib, dəyişilməlidir” - Rəsmi

Ötən gündən etibarən 4-cü sinif rus dili dərsliklərində 20 Yanvar faciəsi ilə bağlı yazılan mətn sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

Belə ki, mətndə rus ordusunun Bakıya Xalq Cəbhəsini iflasa uğratmaq üçün girdiyi ifadə edilib. Bu fikir isə sosial şəbəkələrdə tarixçilər, ictimai şəxslər tərəfindən ciddi tənqid ilə qarşılaşıb. Məsələnin bu cür ifadə edilməsi tarixin təhrif edilməsi kimi qiymətləndirilib.

Dərsliyin nəşr olunduğu “Şərq-Qərb” nəşriyyatından “Qafqazinfo”nun məsələ ilə bağlı sorğusuna cavab olaraq bildirilib ki, dərsliklər nəşriyyatlar tərəfindən hazırlanır və bir neçə mərhələdən ibarət ekspertizadan keçir: "Bu zaman dərsliyə mütəxəssislər, müvafiq elmi-pedaqoji qurumlar rəy verir. Həmçinin dərslik layihələri ictimaiyyətin müzakirəsi üçün www.trims.edu.az saytında yerləşdirilir.

Ümumi təhsil müəssisələrinin tədris rus dilində aparılan 4-cü sinifləri üçün rus dili dərsliyində 1990-cı ilin 20 Yanvar faciəsini əks etdirən (səh.105) mətndə tərcümə xətasına yol verildiyindən tarixi fakt təhrif olunub ki, bu da müvafiq dəyişiklik edilməsini zəruri edir. Bildiririk ki, 2019-cu ildə hazırlanmış bu dərsliyin elektron variantında düzəliş edilərək www.trims.edu.az saytında yerləşdirilib.

20 Yanvar faciəsi Azərbaycanın milli qürur və qəhrəmanlıq səhifəsidir. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhunu ehtiramla anır, onları hörmətlə yad edirik".

Qeyd edək ki, uşaqlar üçün yazılmış mətndə deyilir ki, Bakıda həmin qanlı gecədə şəhid olmuş dinc sakinlər guya sovet ordusu ilə AXC silahlı dəstələri arasında baş verən atışmada həlak olub.

1news.az

Paylaş:
284

Son xəbərlər

Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23
Bütün xəbərlər