Azərbaycan neftinin qiyməti 90 dollara yaxınlaşıb
Dünya birjalarında neftin bu günə olan qiyməti açıqlanıb.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,91 dollar artaraq 87,39 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,19 dollar bahalaşaraq 85,01 dollar olub.
Qeyd edək ki, “Brent” markalı neftin qiyməti 2014-cü ilin oktyabr ayından bəri ilk dəfə 87 dollar həddini keçib.
Azərbaycan neftinə gəlincə, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,72 dollar artaraq 89,84 dollar olub.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin qiyməti yanvarın 15-də ötən il rekordunu yeniləyərək 89,12 dollara satılıb.
1news.az