Prezident Azərbaycan və Qətər arasında viza rejiminin ləğvi barədə qanunu təsdiqləyib
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanunu təsdiq edib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan və Qətər arasında viza rejimi ləğv olunub.
Azərbaycan və Qətərin etibarlı ümumvətəndaş pasportuna malik vətəndaşları qarşılıqlı olaraq bu ölkələrin ərazisində 30 gün vizasız qala biləcəklər.
Bu saziş tərəflərin dövlətdaxili prosedurları yerinə yetirməsindən sonra tərəflərdən hər hansı birinin sonuncu yazılı bildirişi aldıqdan 30 gün sonra qüvvəyə minəcək.
1news.az
494