Qırğızıstan-Tacikistan sərhədində atışma: yaralıların sayı 17-yə çatıb, 1 nəfər ölüb
Xəbər verildiyi kimi, Qırğızıstan-Tacikistan sərhədində iki dövlətin hərbçiləri arasında atışma olub.
Son məlumata görtə, hər iki tərəfdən yaralananların sayı 17 nəfərə çatıb. Tacikistanın İsfara xəstəxanasına 13 yaralı gətirilib, onlardan 11-i hərbçidir.
Qeyd edək ki, Tacikistanla Qırğızıstan arasındakı sərhədin uzunluğu təxminən 950 km-dir. Sovet İttifaqının dağılmasından sonra iki ölkənin sərhədində onlarla mübahisəli ərazi qalıb. Demarkasiya və delimitasiya üzrə danışıqlar prosesi 2002-ci ildə intensivləşib və o vaxtdan bəri komissiyaların və işçi qrupların 200-ə yaxın iclası keçirilib. Hazırda sərhədin delimitasiyası və demarkasiyası prosesində sərhəddən keçən xəttin 550 km-ə yaxını artıq təsvir edilib. Lakin indiyədək iki ölkənin sərhədində bəzən yerli sakinlər arasında münaqişələr yaranır ki, bu da tez-tez atışmalarla müşayiət olunur.
1news.az