Bu gün 35 400 nəfər peyvənd olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün 35 400 nəfər peyvənd olunub

S.Xankişiyeva16:41 - 04 / 02 / 2022
Bu gün 35 400 nəfər peyvənd olunub

Azərbaycanda bu gün 35 400 nəfər vaksinasiya olunub.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 989, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 811 nəfər təşkil edib.

Ölkədə buster doza vaksinlərin sayına gəlincə, bu göstərici 30 600-dür.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 149 831, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 242 827, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 748 738 nəfər təşkil edir.

Ümumilikdə isə 2 158 266 buster doza vurulub.

Paylaş:
526

Son xəbərlər

Bütün xəbərlər