“Ümid edirik ki, Cənub Qaz Dəhlizinin imkanları artırılacaq” - Enerji komissarı
Təhlükəsizlik baxımından Cənub Qaz Dəhlizi təchizat marşrutlarının şaxələndirilməsi üçün imkan yaradıb.
1news.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson Bakıda mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, təhlükəsiz təchizatın təminatında bu layihənin müsbət təsiri var.
“Biz ümid edirik ki, onun imkanları artırılacaq və 10 milyard kubmetrə çatdırılacaq. Hazırda bazarın gözləntilərini öyrənirik, biz nəticələrə əsaslanaraq həmin genişlənməni planlaşdıra bilərik”, - Komissar vurğulayıb.
1news.az
538