Selcuk Bayraktar: “Yüksək texologiyaları heç kimə möhtac olmadan özümüz yaratmalıyıq” | 1news.az | Xəbərlər
Cəmiyyət

Selcuk Bayraktar: “Yüksək texologiyaları heç kimə möhtac olmadan özümüz yaratmalıyıq”

Qafar Ağayev10:41 - 07 / 02 / 2022
Selcuk Bayraktar: “Yüksək texologiyaları heç kimə möhtac olmadan özümüz yaratmalıyıq”

"Teknofest bir xəyalla başlamışdı, və bütün millətimizin səyləri ikə 5 il davam etdi. İstanbuldan başlayıb, artıq Türkiyə sərhədlərini aşdı" .

1news.az xəbər verir ki, bunu Türkiyənin “Baykar” şirkətinin texniki direktoru, “TEKNOFEST” Müşahidə Şurasının sədri və Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) rəhbəri Selçuk Bayraktar Bakıda mətbuat konfransında deyib.

"Teknofest gün keçdikdə böyüdü və böyüməyə davam edir. Türkiyədən kənarda bir Teknofest keçirəcəyiksə, bunu məhz Azərbaycanda edəcəyik dedik. Müstəqilliyimiz üçün milli müdafiə sənayesinə sahib olmağımız şərtdir. Bunun ən yaxşı nümunəsini Bayraktar PUA-larımızın xidmət apardığı terrorla mübarizə hərakatında və qanayan yaramız Qarabağda gördük. Allaha şükürlər olsun ki, o yara şəhidlərimiz və qazilərimiz sayəsində bağlandı. Qarabağ işğaldan azad oldu, Qarabağda canlar evlərinə dönməyə başladı. Tam buna görə də yüksək texologiyaları heç kimə möhtac olmadan özümüz yaratmalıyıq" - S. Bayraktar deyib.

Qeyd edək ki, bu ilin 26 – 29 may tarixlərində ilk dəfə olaraq Azərbaycanda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı keçiriləcək.

Xatırladaq ki, İstanbulda keçirilmiş “TEKNOFEST 2021”də Azərbaycan Pavilyonunda 11 startap nümayiş etdirilib. Startaplar kosmik sənaye, hərb, təhsil, tibb, kənd təsərrüfatı, nəqliyyat, video oyunlar kimi müxtəlif sahə və istiqamətləri, ümumilikdə yeni texnologiyaları əhatə edib.

Paylaş:
533

Son xəbərlər

MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10
Bütün xəbərlər