Türk Dövlətləri Təşkilatı liderlərinin növbəti görüşünün tarixi və yeri açıqlandı | 1news.az | Xəbərlər
Siyasət

Türk Dövlətləri Təşkilatı liderlərinin növbəti görüşünün tarixi və yeri açıqlandı

17:48 - 09 / 02 / 2022
Türk Dövlətləri Təşkilatı liderlərinin növbəti görüşünün tarixi və yeri açıqlandı

Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin liderlərinin növbəti Zirvə Görüşünün keçiriləcəyi tarix və yer açıqlanıb.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, təşkilatın Ağsaqqallar Şurasının İstanbulda keçirilən iclasında çıxış edən Baş katib Bağdad Amreyev qeyd edib ki, növbəti Zirvə Görüşü 11 noyabr 2022-ci ildə Özbəkistanda keçiriləcək.

Onun sözlərinə görə, artıq baş katiblik tərəfindən Zirvə Görüşünə hazırlıq başlayıb.

Xatırladaq ki, bundan öncə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü 2021-ci il noyabrın 12-də İstanbulda keçirilib.

1news.az

Paylaş:
443

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər