“Pulu və telefonu tanımadığım adamlar döyüb əlimdən aldı” deyən yeniyetmənin yalanı üzə çıxdı
Paytaxtın Qaradağ rayonunda 2006-cı il təvəllüdlü məktəblinin quldurluğa məruz qalaraq, döyülməsi və mobil telefonunun ondan alınması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar təsdiqini tapmayıb.
Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
Araşdırmalarla məlum olub ki, məktəbli atasının ona verdiyi 200 manat pulu aidiyyəti olmayan yerə xərclədiyinə görə, “pulu və telefonu tanımadığım adamlar döyüb əlimdən aldı”, - deyə valideynlərini və polisi inandırmaq üçün belə yalan iddialar edib, əllərinə və üzünə daşla xəsarətlər yetirib.
Polis tərəfindən bütün istiqamətlər üzrə iddialar tam və hərtərəfli olaraq yoxlanılıb, məktəblinin mobil telefonu gizlətdiyi yerdən aşkarlanıb.