Əmək Məcəlləsinə “məcburi məzuniyyət” anlayışı daxil ediləcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Əmək Məcəlləsinə “məcburi məzuniyyət” anlayışı daxil ediləcək

13:51 - 11 / 02 / 2022
Əmək Məcəlləsinə “məcburi məzuniyyət” anlayışı daxil ediləcək

“Məzuniyyətin 4 növü var”.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu “Sosial saat” verilişində Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov deyib. O bildirib ki, məzuniyyətin məqsədi işçinin il ərzində sərf etdiyi enerjini bərpa etməkdir:

“Əmək Məcəlləsində hazırda məzuniyyətə görə məcburilik tələbi yoxdur. Amma hər ilin əvvəlində həmin ilin məzuniyyət qrafiki təsdiq edilir. Bəzən işçilər məzuniyyətə getmək istəmir. Biz bu problemin aradan qaldırılması ilə bağlı da Əmək Məcəlləsinə dəyişiklik layihəsi hazırlamışıq. Dəyişikliklərə əsasən, məcburi məzuniyyətlə bağlı hallar müəyyən edilir. Kiminsə məzuniyyətə getməmək halından sui-istifadə edə bilməməsi üçün bu dəyişiklik hazırlanır. Məzuniyyətin digər təqvim ilinə keçirilməsi üçün hallar müəyyən edilir.

Üçüncü dəyişiklik isə məzuniyyətdən istifadə edilmədiyi hallarda kompensasiyanın ödənilməsi ilə bağlıdır. Yəni birbaşa olaraq məcburilik hazırda yoxdur, amma məzuniyyət hüququ müəyyən edilib. Burada hər iki tərəfin məsuliyyəti var. Ya məzuniyyətdən istifadə etməli, ya növbəti ilə keçirilməlidir, ya da kompensasiya ödənilməlidir. Əgər işçi əmək məzuniyyətində olarkən əmək qabiliyyətini itirərsə, onun məzuniyyət günləri işçinin təşəbbüsü ilə digər iş ilinə və təqvim ilinə keçirilə də bilər”.

1news.az

Paylaş:
407

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər