Dünyada koronavirusa yoluxanların sayı 400 milyonu keçib | 1news.az | Xəbərlər
Dünya

Dünyada koronavirusa yoluxanların sayı 400 milyonu keçib

09:06 - 11 / 02 / 2022
Dünyada koronavirusa yoluxanların sayı 400 milyonu keçib

Dünyada koronavirusa yoluxanların sayı 400 milyonu keçib.

1news.az bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

Məlumata əsasən, son sutka ərzində koronavirusa 2 332 592 yoluxma halı və 12 005 ölüm halı qeydə alınıb.

Hazırkı dövrədək koronavirusa 402 044 502 nəfər yoluxub. Onlardan 5 770 023 nəfəri vəfat edib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

1news.az

Paylaş:
470

Son xəbərlər

Bütün xəbərlər