Əli Əsədovla İrakli Qaribaşvili arasında telefon danışığı olub | 1news.az | Xəbərlər
Siyasət

Əli Əsədovla İrakli Qaribaşvili arasında telefon danışığı olub

14:40 - 14 / 02 / 2022
Əli Əsədovla İrakli Qaribaşvili arasında telefon danışığı olub

Fevralın 14-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında telefon danışığı olub.

Nazirlər Kabinetindən verilən məlumata görə, telefon danışığı zamanı Gürcüstanda baş vermiş zəlzələ ilə bağlı narahatçılıq və həmrəylik ifadə edilib.

Eyni zamanda Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin müxtəlif sahələrdə inkişafı yüksək qiymətləndirilib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

1news.az

Paylaş:
529

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər