“Muğanbank Çek” sahiblərinin nəzərinə | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Muğanbank Çek” sahiblərinin nəzərinə

11:30 - 14 / 02 / 2022
“Muğanbank Çek” sahiblərinin nəzərinə

Bugünədək “Muğanbank Çek” ilə 350 min AZN-dən çox uduş əldə olunub.

Bank məhsul çeşidlərini bazar tələblərinə uyğun optimallaşdırır.

“Muğanbank” ASC-nin Müşahidə Şurasının iclası keçirilmişdir. İclas zamanı bankın strateji hədəflərinə uyğun biznes istiqamətləri və məhsul siyasəti müzakirə olunmuşdur.

Eyni zamanda bankın təqdim etdiyi rəqabətli bank məhsulları fonunda, “Muğanbank Çek” məhsuluna marağın azalması, eləcə də məhsulun səmərəli olmadığı nəzərə alınaraq, onun satışının və uduş tirajlarının dayandırılması qərara alınmışdır.

Belə ki, sonuncu uduş tirajı 28.01.2022-ci il tarixdə keçirilən “Muğanbank Çek” məhsulunun satışının 11.02.2022-ci il tarixdən etibarən dayandırılması, bundan sonra növbəti uduş tirajlarının keçirilməməsi, nominal dəyəri sahiblərinə ödənilməklə, müştərilər tərəfindən sərbəst şəkildə bankın baş ofisinə, eləcə də filial və şöbələrinə təhvil verilməklə dövriyyədən çıxarılmasının təmin edilməsi barədə qərar qəbul edilmişdir.

“Muğanbank Çek”-in ilk tiraji 15.03.2016-ci il tarixdə, sonuncu tirajı isə 28.01.2022-ci il tarixdə keçirilərək ümumi olaraq 379 min 450 AZN uduş məbləği çek sahiblərinə Bank tərəfindən ödənilmişdir.

Reklam hüququnda

Paylaş:
331

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər