Ermənistan vətəndaşının Azərbaycana deportasiyasının qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənistan vətəndaşının Azərbaycana deportasiyasının qarşısı alınıb

14:26 - 16 / 02 / 2022
Ermənistan vətəndaşının Azərbaycana deportasiyasının qarşısı alınıb

Ermənistan Baş Prokurorluğu ölkə vətəndaşının Rusiyadan Azərbaycana deportasiyasının qarşısını alıb.

1news.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Azərbaycanda doğulmuş erməni Rusiyada inzibati qaydaları pozub, buna görə onun ölkədən deportasiyası barədə qərar verilib.

Məhkəmə qərarında səhvən onun Azərbaycan vətəndaşı kimi göstərilməsinə görə, Ermənistan vətəndaşının Bakıya deportasiyası riski yaranıb.

Ermənistan tərəfinin müraciətindən sonra Rusiya tərəfi qərara dəyişiklik edib və o, Ermənistana deportasiya edilib.

1news.az

Paylaş:
227

Son xəbərlər

Bütün xəbərlər