Dünya birjalarında neftin bu günə olan qiyməti | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dünya birjalarında neftin bu günə olan qiyməti

11:49 - 16 / 02 / 2022
Dünya birjalarında neftin bu günə olan qiyməti

Dünya birjalarında neftin bu günə olan qiyməti açıqlanıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,16 dollar bahalaşaraq 93,44 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,19 dollar artaraq 92,26 dollar olub.

Azərbaycan neftinə gəlincə, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,07 dollar azalaraq 97,63 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir bareli sonuncu dəfə 2014-cü il sentyabrın 15-də 97 dollardan (97,98) baha satılıb.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti ötən gün (99,70) qeydə alınmışdı.

1news.az

Paylaş:
522

Son xəbərlər

Bütün xəbərlər