Sevinc Fətəliyeva: Azərbaycan müstəqil xarici siyasətini yalnız özünün milli maraqları əsasında aparır | 1news.az | Xəbərlər
Siyasət

Sevinc Fətəliyeva: Azərbaycan müstəqil xarici siyasətini yalnız özünün milli maraqları əsasında aparır

S.Xankişiyeva13:21 - 25 / 02 / 2022
Sevinc Fətəliyeva: Azərbaycan müstəqil xarici siyasətini yalnız özünün milli maraqları əsasında aparır

Son zamanlar Cənubi Qafqazda geosiyasi fəallıq artır, diplomatik təmaslar güclənir. Bu prosesdə regionun lider dövləti olan Azərbaycanın müstəsna rolu, həmçinin Türkiyə və Rusiyanın aktivliyi müşahidə edilir.

Ölkəmiz regionda sabitlik və təhlükəsizliyin təmin olunması, əməkdaşlığın gücləndirilməsi ilə əlaqədar mühüm təşəbbüslərlə çıxış edir. Azərbaycan ilə Rusiya arasındakı intensiv təmaslar da bu baxımdan mühüm əhəmiyyətə malikdir.

Bu fikirləri 1news.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Rusiya ilə Azərbaycan arasında müttəfiqlik sənədinin imzalanması gündəmə yeni çıxan məsələ deyil. Bu tipli sənədlərin hazırlanması və razılaşdırması uzunmüddətli iş tələb edir.

Deputatın sözlərinə görə, fevralın 22-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə milli maraqlarımıza cavab verir. Bəyannamənin birinci bəndinə əsasən, Rusiya və Azərbaycan öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar. İkinci bənddə deyilir ki, Rusiya və Azərbaycan öz milli maraqlarının müdafiəsinə yönəlmiş müstəqil xarici siyasət yürüdürlər. Rusiya Federasiyası və Azərbaycan Respublikası Tərəflərdən birinin fikrincə iki dövlətin strateji tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinirlər. Bu məqsədlə onlar iki ölkənin xarici işlər nazirliklərinin xətti ilə daimi fəaliyyət göstərən məsləhətləşmələr mexanizmini yaradırlar. Bəyannamədə Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması məsələsi də öz əksini tapıb. Belə ki, 9-cu bəndə əsasən, Rusiya və Azərbaycan regionda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün əsas kimi çıxış etmiş 2020-ci il 9-10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli bəyanatlarının müddəalarının həyata keçirilməsi üzrə səylərə bundan sonra da hər cür dəstək verəcəklər.

Sevinc Fətəliyeva qeyd edib ki, Azərbaycanla qardaş Türkiyə arasında da dünyada Şuşa Bəyannaməsi kimi tanınan müttəfiqlik münasibətlərinə dair sənəd imzalanıb. Bu Bəyannamənin mətnində də bildirilir ki, Azərbaycanla Türkiyə arasında inkişaf edən hərbi-siyasi əməkdaşlıq onların milli maraqlarına cavab verir və üçüncü dövlətlərə qarşı yönəlməyib. Türkiyə Azərbaycanın strateji müttəfiqidir. Xüsusilə də ölkələrimiz arasında imzalanmış Şuşa Bəyannaməsi ikitərəfli münasibətlərin inkişafı ilə yanaşı, regional təhlükəsizlik müstəvisində də böyük əhəmiyyət daşıyır. Bakı ilə Ankara ortaq maraqlar əsasında hərəkət edirlər, birgə fəaliyyət mexanizmi yaradıblar. Paralel olaraq Azərbaycan-Rusiya, Rusiya-Türkiyə münasibətlərində postmüharibə dövrünün reallıqları və regional proseslər kontekstində zəruri təmaslar var. Regionun geosiyasi gündəliyini müəyyənləşdirən Azərbaycan Prezidenti Rusiya və Türkiyə prezidentləri ilə bu məsələləri mütəmadi olaraq müzakirə edir. Prezident İlham Əliyevin Rusiyaya səfəri isə həm regionda postmüharibə reallıqlarının, həm hər iki ölkə arasında əməkdaşlığın, həm də üçtərəfli Bəyanatın icrasının müzakirə edilməsi baxımından olduqca əhəmiyyətlidir.

“Azərbaycan həmişə müstəqil xarici siyasətini yalnız ölkəmizin milli maraqları əsasında aparıb və aparacaq. Azərbaycanın digər dövlətlərlə mehriban qonşuluq münasibətləri həmişə qarşılıqlı faydalı münasibətlər prinsipi üzərində qurulub. Azərbaycan heç vaxt kimsə ilə üçüncü ölkəyə qarşı dostluq etməyib və etmir. Beləliklə, Azərbaycan və Rusiya arasında müttəfiqlik sənədinin imzalanması dost ölkələrimiz arasında sırf ikitərəfli münasibətlərə aid məsələdir. Bəyannamənin imzalanmasından sonra ölkələrimiz arasında qarşılıqlı münasibətlər daha da yüksələcək”, - deyə S.Fətəliyeva vurğulayıb.

Paylaş:
574

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər