Azərbaycanlı ailənin üç üzvü Ukraynada həlak olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanlı ailənin üç üzvü Ukraynada həlak olub

S.Xankişiyeva13:51 - 26 / 02 / 2022
Azərbaycanlı ailənin üç üzvü Ukraynada həlak olub

Xerson Azərbaycanlıları Diaspor Təşkilatı azərbaycanlı ailənin üç üzvünün Ukraynada atəş altına düşərək həlak olduğunu təsdiqləyib.

Xerson Azərbaycanlıları Diaspor Təşkilatından APA-ya verilən məlumata görə, Qoşqar Fərzəliyev ailəsi ilə birlikdə Xerson vilayətinin İvanovka şəhərində yaşayıb.

Dünən Q. Fərzəliyevin həyat yoldaşı Nataliya Fərzəliyeva Xerson şəhərində təhsil alan oğlu Zauru evə gətirmək üçün avtomobillə Xersona gedib. Avtomobildə qızı Sabina və qonşunun övladı da olub. Avtomobil Xersondan İvanovkaya qayıdan zaman atəş altına düşüb. Nəticədə avtomobildə olan 4 nəfərin hamısı həlak olub.

Qeyd edək ki, Qoşqar Fərzəliyev əslən Cəbrayıl rayonundandır.

Mövzu ilə əlaqədar oxuyun:

Zelenski: Ordu ilə birlikdə Ukraynanı müdafiə edəcəyik - VİDEO

Zelenski Kiyevdə olduğunu sübut etmək üçün video paylaşdı: “Biz hamımız buradayıq” - VİDEO

Ermənilər Ukraynaya qarşı döyüşlərdə iştirak edir - Hayrapetyan

Xarkovdakı konsulluq Ukraynadan Azərbaycana qayıtmaq üçün qeydiyyata başlayır

Azərbaycanın Xarkovdakı konsulluğu soydaşlarımıza müraciət edib

Ukraynada yaşayan azərbaycanlılar üçün qaynar xətt yaradılıb

Ali Rada Ukraynada hərbi vəziyyətin tətbiqini dəstəkləyib

Ukraynada fövqəladə vəziyyət rejimi tətbiq edilib

Zelenski xalqa səsləndi: “Biz hamıya qalib gələcəyik, çünki biz Ukraynayıq”

Paylaş:
1078

Son xəbərlər

Bütün xəbərlər