Zelenski Kiyevdə olduğunu sübut etmək üçün video paylaşdı: “Biz hamımız buradayıq” - VİDEO | 1news.az | Xəbərlər
Dünya

Zelenski Kiyevdə olduğunu sübut etmək üçün video paylaşdı: “Biz hamımız buradayıq” - VİDEO

Qafar Ağayev22:32 - 25 / 02 / 2022
Zelenski Kiyevdə olduğunu sübut etmək üçün video paylaşdı: “Biz hamımız buradayıq” - VİDEO

Sosial şəbəkələrdə Kiyevdən qaçdığı iddia olunan Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə olduğunu sübut etmək üçün öz sosial şəbəkə hesablarında video paylaşıb.

1news.az xəbər verir ki, videoda yanındakı şəxslərin adlarını çəkən Zelenski deyib:

“Fraksiya lideri buradadır, Prezident Aparatının rəhbəri buradadır, Baş nazir Şmiqal buradadır, Podolyak buradadır, Prezident buradadır. Hamımız buradayıq. Hərbçilərimiz buradadır. Vətəndaşlar, ictimaiyyət buradadır. Biz hamımız buradayıq. Biz müstəqilliyimizi, dövlətimizi müdafiə edirik. Bundan sonra da belə olacaq”.

Paylaş:
1464

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər