Ermənilər Ukraynaya qarşı döyüşlərdə iştirak edir - Hayrapetyan | 1news.az | Xəbərlər
Dünya

Ermənilər Ukraynaya qarşı döyüşlərdə iştirak edir - Hayrapetyan

S.Xankişiyeva11:31 - 26 / 02 / 2022
Ermənilər Ukraynaya qarşı döyüşlərdə iştirak edir - Hayrapetyan

Luqanskdakı döyüşlərdə təxminən 10-15 erməni iştirak edir, hazırda onlardan heç biri xəsarət almayıb.

1news.az-ın Qaynarinfo-ya istinadla verdiyi xəbərə görə, bu barədə Luqanskdakı "Urartu” erməni mədəni icmasının rəhbəri Vardan Hayrapetyan Sputnik Ermənistan-a bildirib.

Onun sözlərinə görə, Luqanskda üç minə yaxın erməni yaşayır, təxminən 20%-i artıq təxliyə edilib, qalanlar isə sığınacaqlarda və zirzəmilərdə gizləndikləri üçün nisbətən təhlükəsiz şəraitdə yaşayırlar.

"Əvvəlki günlərlə müqayisədə vəziyyət daha az gərgindir, sərhəd zonasında atəş səsləri eşidilir.

Hayrapetyan onu da qeyd edib ki, hazırda təxliyə məsələsi gündəmdə deyil, şəhəri tərk etmək istəyənlər yoxdur. Şəhərdə yalnız ərzaq mağazaları və yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir.

Mövzu ilə əlaqədar oxuyun:

Xarkovdakı konsulluq Ukraynadan Azərbaycana qayıtmaq üçün qeydiyyata başlayır

Azərbaycanın Xarkovdakı konsulluğu soydaşlarımıza müraciət edib

Ukraynada yaşayan azərbaycanlılar üçün qaynar xətt yaradılıb

Ali Rada Ukraynada hərbi vəziyyətin tətbiqini dəstəkləyib

Ukraynada fövqəladə vəziyyət rejimi tətbiq edilib

Zelenski xalqa səsləndi: “Biz hamıya qalib gələcəyik, çünki biz Ukraynayıq”

Buta Airways Bakı-Kiyev-Bakı marşrutu üzrə reysini ləğv edib

Paylaş:
1218

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər