Ukraynada fövqəladə vəziyyət rejimi tətbiq edilib | 1news.az | Xəbərlər
Dünya

Ukraynada fövqəladə vəziyyət rejimi tətbiq edilib

08:58 - 24 / 02 / 2022
Ukraynada fövqəladə vəziyyət rejimi tətbiq edilib

Ukrayna Ali Radası ölkədə fövqəladə vəziyyət rejiminin tətbiqini dəstəkləyib.

1news.az xəbər verir ki, sessiya zalında qeydiyyatdan keçmiş 339 deputatdan 335-i qərarın lehinə səs verib.

Söhbət Ukrayna prezidentinin "Ukraynanın bəzi regionlarında fövqəladə vəziyyətin tətbiqi haqqında" fərmanının təsdiq edilməsi haqqında qərardan gedir.

Fövqəladə vəziyyət rejimi Vinnitsa, Volın, Dnepropetrovsk, Jitomir, Zakarpat, Zaporojye, İvano-Frankivsk, Kiyev, Kirovoqrad, Lvov, Nikolayev, Odessa, Poltava, Rivne, Sumi, Ternopil, Xarkov, Xerson, Xmelnitski, Çerkassı, Çernivtsi, Çerniqov vilayətlərində, Kiyev şəhərində fevralın 24-ü saat 00:00-dan etibarən 30 gün müddətinə tətbiq edilib.

1news.az

Paylaş:
876

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər