Ukraynadan 21 Azərbaycan vətəndaşı Macarıstana təxliyə edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ukraynadan 21 Azərbaycan vətəndaşı Macarıstana təxliyə edilib

S.Xankişiyeva15:46 - 01 / 03 / 2022
Ukraynadan 21 Azərbaycan vətəndaşı Macarıstana təxliyə edilib

Ukraynada yaranmış mövcud vəziyyətlə əlaqədar son iki gündə 21 Azərbaycan vətəndaşı Ukrayna ilə Macarıstan arasındakı sərhəd-keçid məntəqələri vasitəsilə Macarıstan ərazisinə daxil olub.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Budapeştdə fəaliyyət göstərən Azərbaycan Evinin rəhbəri İbrahim Səfərlinin verdiyi məlumata görə, həmvətənlərimiz sərhəd-keçid məntəqələrinin olduğu şəhərlərdən paytaxt Budapeştə aparılıb. Onlar Budapeştdə fəaliyyət göstərən Azərbaycan Evində, bu şəhərdə yaşayan həmvətənlərimizin evlərində, eləcə də mehmanxanalarda yerləşdirilib. Diapor təşkilatlarının nümayəndələri onlarla mütəmadi əlaqə saxlayaraq, ehtiyacları ilə maraqlanırlar.

Qeyd edək ki, sərhəd-keçid məntəqələrində Azərbaycan vətəndaşları üçün rüsumsuz 15 günlük viza rəsmiləşdirilib və onların yaxın günlərdə Azərbaycana gətirilməsi planlaşdırılır.

Dövlət Komitəsi Ukraynadan Polşa və Macarıstana keçə bilən azərbaycanlılara müraciət edərək bildirir ki, Azərbaycana təxliyə olunana qədər bu ölkələrdə fəaliyyət göstərən Azərbaycan evlərində qala bilərlər.

Polşadakı Azərbaycan Evinə +48 732 858 585, Macarıstandakı Azərbaycan Evinə +994 50 662 19 89 telefon nömrələri vasitəsilə müraciət etmək olar. Telefon nömrələri 24 saat aktivdir.

Müraciət edənlərin Ukrayna ilə həmsərhəd ölkələr vasitəsilə Azərbaycana gətirilməsi planlaşdırılır.

Azərbaycan hökumətinin tapşırığı ilə Diasporla İş üzrə Dövlət Komitəsi Ukraynada yaşayan soydaşlarımızın Bakıya təxliyəsi istiqamətində fəaliyyətini müvafiq dövlət qurumları ilə koordinasiyalı şəkildə davam etdirir.

Mövzu ilə əlaqədar oxuyun:

XİN Ukraynanı tərk edən azərbaycanlıların sayını açıqlayıb – STATİSTİKA

Ukraynadan təxliyə edilən 176 Azərbaycan vətəndaşı Bakıya gətirilib

Zelenski: Ordu ilə birlikdə Ukraynanı müdafiə edəcəyik - VİDEO

Zelenski Kiyevdə olduğunu sübut etmək üçün video paylaşdı: “Biz hamımız buradayıq” - VİDEO

Ermənilər Ukraynaya qarşı döyüşlərdə iştirak edir - Hayrapetyan

Xarkovdakı konsulluq Ukraynadan Azərbaycana qayıtmaq üçün qeydiyyata başlayır

Azərbaycanın Xarkovdakı konsulluğu soydaşlarımıza müraciət edib

Ukraynada yaşayan azərbaycanlılar üçün qaynar xətt yaradılıb

Paylaş:
1356

Son xəbərlər

Bütün xəbərlər