Ukraynadan təxliyə edilən 176 Azərbaycan vətəndaşı Bakıya gətirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ukraynadan təxliyə edilən 176 Azərbaycan vətəndaşı Bakıya gətirilib

08:58 - 01 / 03 / 2022
Ukraynadan təxliyə edilən 176 Azərbaycan vətəndaşı Bakıya gətirilib

Ukraynadakı vəziyyətlə əlaqədar, ölkəni tərk edərək Rumıniya dövlətinə daxil olan Azərbaycan vətəndaşlarının təxliyəsini həyata keçirmək üçün təşkil olunan ikinci çarter reysinin təyyarəsi bu gün Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, 176 sərnişini gətirən AZAL-ın təyyarəsi saat 03.20-də eniş edib.

Ukraynadakı vəziyyətlə əlaqədar ölkəni tərk edərək qonşu dövlətlərə daxil olan Azərbaycan vətəndaşlarının təxliyəsini həyata keçirmək üçün dövlət tərəfindən iki çarter reysi təşkil edilib.

1news.az

Paylaş:
1303

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər