Kiyevdən çıxarılan azərbaycanlı tələbələr Moldovaya yola salınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Kiyevdən çıxarılan azərbaycanlı tələbələr Moldovaya yola salınıb

S.Xankişiyeva09:00 - 01 / 03 / 2022
Kiyevdən çıxarılan azərbaycanlı tələbələr Moldovaya yola salınıb

Ukraynanın paytaxtı Kiyevdə çətin vəziyyətdə qalmış azərbaycanlı tələbələr Vinnitsa şəhərinə aparılıb və orada olan bir qrup həmyerlimizlə birgə Moldovaya yola salınıb.

1news.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, komendant saatı olduğuna görə Ukraynadakı Azərbaycan diasporu təxliyə prosesinin polis maşınlarının müşayiəti ilə təhlükəsiz yollarla həyata keçirilməsini təmin edib.

Soydaşlarımızın yaxın günlərdə vətənə gələcəyi gözlənilir.

Xatırladaq ki, bir neçə gün Kiyevdəki yaşayış binalarından birinin yeraltı avtodayanacağında sığınacaq tapan 9 azərbaycanlı tələbə təxliyə olunmaları xahişi ilə Azərbaycan dövlətinə müraciət edib. Tələbələrlə daim əlaqədə olan Diasporla İş üzrə Dövlət Komitəsi gənclərin yaxınlarından narahat olmamağı xahiş edir.

Ukraynada yaşayan soydaşlarımızın ölkəyə gətirilməsi fəaliyyəti müvafiq dövlət qurumları ilə koordinasiyalı şəkildə davam etdirilir.

Mövzu ilə əlaqədar oxuyun:

Zelenski: Ordu ilə birlikdə Ukraynanı müdafiə edəcəyik - VİDEO

Zelenski Kiyevdə olduğunu sübut etmək üçün video paylaşdı: “Biz hamımız buradayıq” - VİDEO

Ermənilər Ukraynaya qarşı döyüşlərdə iştirak edir - Hayrapetyan

Xarkovdakı konsulluq Ukraynadan Azərbaycana qayıtmaq üçün qeydiyyata başlayır

Azərbaycanın Xarkovdakı konsulluğu soydaşlarımıza müraciət edib

Ukraynada yaşayan azərbaycanlılar üçün qaynar xətt yaradılıb

Ali Rada Ukraynada hərbi vəziyyətin tətbiqini dəstəkləyib

Ukraynada fövqəladə vəziyyət rejimi tətbiq edilib

Zelenski xalqa səsləndi: “Biz hamıya qalib gələcəyik, çünki biz Ukraynayıq”

Paylaş:
1080

Son xəbərlər

Bütün xəbərlər