Xarkovun raket atəşinə tutulması zamanı Azərbaycan konsulluğunun binasına ziyan dəyməyib | 1news.az | Xəbərlər
Cəmiyyət

Xarkovun raket atəşinə tutulması zamanı Azərbaycan konsulluğunun binasına ziyan dəyməyib

S.Xankişiyeva12:05 - 01 / 03 / 2022
Xarkovun raket atəşinə tutulması zamanı Azərbaycan konsulluğunun binasına ziyan dəyməyib

Ukraynanın Xarkov şəhərinin mərkəzinin raket atəşinə məruz qalması nəticəsində Azərbaycanın fəxri konsulluğunun binasına ziyan dəyməyib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki Fəxri Konsulluğundan məlumat verilib.

“Hazırda fəaliyyətimizi ştat rejimində davam etdiririk və yaxın saatlarda həmvətənlərimizin növbəti qrupunu təxliyə edəcəyik. Həmvətənlərimizdən bir daha təmkinli olmağı, olduqları yerlərdə qalmaqlarını tövsiyə edirik. Təxliyə ilə bağlı ətraflı məlumat qısa müddət ərzində veriləcək”, - məlumatda vurğulanıb.

Qeyd olunub ki, raket zərbələrinin endirildiyi ərazi fəxri konsulluq binasına yaxın yerləşir.

Mövzu ilə əlaqədar oxuyun:

Ukraynadan təxliyə edilən 176 Azərbaycan vətəndaşı Bakıya gətirilib

Zelenski: Ordu ilə birlikdə Ukraynanı müdafiə edəcəyik - VİDEO

Zelenski Kiyevdə olduğunu sübut etmək üçün video paylaşdı: “Biz hamımız buradayıq” - VİDEO

Ermənilər Ukraynaya qarşı döyüşlərdə iştirak edir - Hayrapetyan

Xarkovdakı konsulluq Ukraynadan Azərbaycana qayıtmaq üçün qeydiyyata başlayır

Azərbaycanın Xarkovdakı konsulluğu soydaşlarımıza müraciət edib

Ukraynada yaşayan azərbaycanlılar üçün qaynar xətt yaradılıb

Paylaş:
1368

Son xəbərlər

Bütün xəbərlər