Könül Nurullayeva: “Avropa Parlamentinin qəbul etdiyi qərəzli qətnamə bölgədə sülhə bilərəkdən vurulan zərərdir” | 1news.az | Xəbərlər
Siyasət

Könül Nurullayeva: “Avropa Parlamentinin qəbul etdiyi qərəzli qətnamə bölgədə sülhə bilərəkdən vurulan zərərdir”

15:12 - 12 / 03 / 2022
Könül Nurullayeva: “Avropa Parlamentinin qəbul etdiyi qərəzli qətnamə bölgədə sülhə bilərəkdən vurulan zərərdir”

Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi - “Dağlıq Qarabağda mədəni irsin dağıdılması” adlı qətnamənin heç bir hüquqi əsası yoxdur. Bu, ermənipərəst parlamentarilərin Azərbaycana qarşı növbəti qərəzidir.

Təəssüf ki, bu müddət ərzində Avropa Parlamenti Azərbaycan xalqının mədəni irsinin dağıdılmasına, talan edilməsinə susub, göz yumub. Otuz ilə yaxın müddətdə dağıdılaraq məhv edilmiş 403 tarixi-dini abidənin 67-si məsciddir. Ermənilərin məscidlərdən tövlə kimi istifadə etdiyini bütün dünya görüb. Azərbaycanın çoxsaylı çağırışlarına baxmayaraq, Ermənistan işğal dövründə UNESCO və digər ixtisaslaşmış beynəlxalq qurumların mədəni irsin vəziyyətinin qiymətləndirilməsi üçün bu ərazilərə səfərlərinin qarşısını alıb. Bu təsisatlar da erməni vəhşiliyinə dair faktaraşdırıcı missiya təşkil etməkdən çəkinib. Avropa Parlamenti isə real faktlar əsasında bir dəfə də olsun qətnamə qəbul etmədi. Avroparlamentarilər isə 30 illik işğalın nəticələrini, Ermənistanın müharibə cinayətlərini görməzlikdən gələrək, daha çox Azərbaycana qarşı iftira və böhtan kampaniyalarında xüsusi fəallıq göstərməyə üstünlük verdilər.

Sonuncu qətnamə isə islamafobiya, qərəz və ikili standartların növbəti nümunəsidir. Avropa Parlamenti Cənubi Qafqaz regionunda yaranmış yeni reallıqları görməzdən gəlməyə çalışır. Halbuki münaqişə artıq başa çatıb və bu gün “Dağlıq Qarabağ” adlı münaqişə və bu adda ərazi vahidi yoxdur. “Dağlıq Qarabağ” ifafəsi artıq tarixdə qalıb. Ötən ay Avropa İttifaqının sədri Fransanın təşəbbüsü ilə videoformatda baş tutan görüşdə də “Dağlıq Qarabağ” ifadəsi işlədilmədi.

Yəni, dünya birliyi də bu reallığı qəbul edir. Avropa Parlamentinin bu qərəzli yanaşması Avropa İttifaqı rəhbərliyinin son dövrlərdə Cənubi Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması istiqamətində nümayiş etdirdiyi xoşməramlı səylərlə də ziddiyyət təşkil edir.

Sözügedən qətnamə birmənalı şəkildə beynəlxalq humanitar hüququn prinsiplərinə, eyni zamanda, mədəni və dini abidələrin dağıdılmasına qarşı Avropa İttifaqının özünün qəbul etdiyi prinsiplərə də ziddir. Paradoks həm də bundadır ki, qətnamədə Beynəlxalq Ədalət Məhkəməsinin 2021-ci ilin dekabr qərarının mahiyyəti təhrif edilərək, bütövlükdə Ermənistan tərəfindən məhkəmə qarşısında qaldırılmış, lakin rədd edilmiş iddialara istinad olunur. Bu cür qərəzli qətnamələr Ermənistanın daha çox destruktiv mövqe tutmasına zəmin yaradır. 30 illik işğal dövründə də Azərbaycan işğala məruz qalan tərəf olsa da, məsələnin sülh yolu ilə həllinə calışıb. Danışıqlar masasında özünü adekvat aparmayan, sülh danışıqlarını pozan isə Ermənistan olub. Beynəlxalq təşkilatların işğalçının bu pozucu fəaliyyətini susqunluqla izləməsi və ya işğalçıya açıq dəstək verməsi vəziyyətin daha gərgin fazaya keçməsinə səbəb oldu. Postmünaqişə dövründə də eyni yanaşma yolverilməzdir. Bu, sülhyaratma missiyasına bilərəkdən vurulan zərərdir.

Könül Nurullayeva,

Milli Məclisin deputatı

Paylaş:
445

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər